İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml vaxt qoydu: silahlılar Qarabağdan çıxır – Ermənilər AYAĞA qalxdı – “Canlı debat”da

Yaxın günlərdə Qarabağda ciddi proseslər baş verəcək. Kremldən gələn tapşırığa əsasən bütün silahlı ermənilər – polis, hərbçi, mühafizəçi, fərq etməz, əlində silah olan hər kəs Qarabağın rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərindən tam olaraq çıxarılmalıdır.

Bu sözləri tanınmış erməni siyasi analitik Samvel Ohanesyan bildirib.

“Bizim əlimizdə bununla bağlı sübutlarımız var. İrəvan hakimiyyətinə yaxın mənbələrdən aldığımız məlumatlara əsasən, bir neçə gün öncə Kremldən zəng gəlib və vaxt verilib. Bütün silahlı ermənilər Qarabağdan çıxarılmalı və yaxud tərk-silah olunmalıdır. Bu o deməkdir ki, Rusiya tam olaraq Bakının bütün istəklərini yerinə yetirir. Bizim bu günə qədər istismar etdiyimiz faydalı qazıntılar ilə də sağollaşmaq lazım olacaq. Sülhməramlıların komandanı Volkovun dedikləri kimi mini-gömrüyün yaradılacağı da buna əyani sübutdur”, - deyə o qeyd edib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da müzakirə edəcəyik. Hərbi ekspert Ədalət Verdiyev də canlı efirdə qonaq olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR