İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Putinə sui-qəsd cəhdi ilə bağlı yazılanlara cavab verib

"Kreml Ukrayna xüsusi xidmət orqanlarının Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi barədə məlumat verən yazılarla tanış deyil".

Musavat.com TASS-a istinadla xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“İndi bu cür müxtəlif “sarı uydurmalar” çoxdur. Bu, bütün bunlarla tanış olmaq üçün səbəb deyil”, - Kremlin sözçüsü bildirib.

Bundan əvvəl Almaniyanın “Bild” nəşri Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) bazar günü, aprelin 23-də Rusiya prezidentinə pilotsuz uçan aparatla hücum etməyi planlaşdırdığına dair məqalə dərc edib. Qeyd olunub ki, pilotsuz təyyarə dövlət başçısının gəlişinə dörd gün qalmış yeni salınan sənaye parkına getməli idi.

Qərb mediası 2022-ci ilin sentyabrında da Putinə qarşı sui-qəsd cəhdi barədə məlumat yayıb. “Sun” nəşrinin məlumatına görə, kortej Rusiya paytaxtından keçərkən yüksək səs eşidilib, bundan sonra fövqəladə vəziyyət yeri tüstüyə bürünüb. Kreml də bu məlumatı təkzib edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR