Onlayn ictimai-siyasi qəzet
Rusiya İran-İsrail münaqişəsinin coğrafi miqyasda genişlənməsi riskini açıq şəkildə bəyan edib.
Musavat.com xəbər verir ki, Kreml və Xarici İşlər Nazirliyi tərəfindən yayılan xəbərdarlıqlarda vurğulanır ki, əgər ABŞ bu müharibəyə qoşularsa, nəticələr nəzarətdən çıxacaq.
Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib:
“ABŞ-ı İrana qarşı hərbi əməliyyatlara müdaxilə etməməyə çağırırıq. Bu, nəinki region, ümumilikdə dünya üçün fəlakətli nəticələr doğura bilər.”
Bu bəyanat Cənubi Qafqazda, xüsusilə də Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm də Rusiya ilə sərhəddə yerləşir. Digər dövlətlər bu qədər geosiyasi təmas nöqtəsinə malik deyil.
Bu baxımdan, İranla İsrail arasında baş verənlərə ABŞ və Rusiya kimi qlobal güclərin qoşulması Azərbaycan üçün ikiqat təhlükə yaradır.
Bu məqamda Musavat.com xatırladır ki, artıq Şimal qonşumuz Rusiya 3 ildən çoxdur ki, qlobal müharibə içindədir.
İndi də Cənub qonşumuz İran böyük savaşa cəlb olunmaqdadır. Belə bir situasiya, Azərbaycanın yerləşdiyi regionu potensial hərbi qarşıdurmanın ön cəbhəsinə çevirə bilər.
Geosiyasi proseslərin dərinləşməsi fonunda, beynəlxalq ictimaiyyətin səssiz qalması artıq regionun sabitliyi üçün real təhlükəyə çevrilir.
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ