İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml iki çətin seçim qarşısındadır - hərbiçiləri ya təslim olacaq, ya da...

"Kreml iki çətin seçim qarşısındadır. Birinci seçim odur ki, Ukraynanın şərqində döyüşən birlikləri Rusiya ərazilərinin azad olunmasına cəlb etməkdir, sadəcə bu halda Ukrayna ordusu üçün əks-hücum imkanı yaranacaq. İkinci seçim isə müharibədə iştirak etməyən hərbi mükələfiyyəti olan gəncləri Kursk ətrafının azad olunmasına göndərməkdir".

Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloqun fikrincə, bu halda Rusiyanın itkisi daha çox olacaq:

"Çünki döyüş qabiliyyəti olmayan gənс ruslar peşəkar ukraynalı hərbçilərlə üz-üzə qalacaq, ya öləcəklər, ya da daha əvvəl olduğu kimi təslim olacaqlar. Kreml hələ ki, ikinciyə üstünlük verir, ancaq nəticə yoxdur, Ukrayna ordusu gün ərzində Rusiya ərazisində daha çox irəliləyib".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR