İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Ərdoğanla Əsədi görüşdürmək üçün bunları planlayır

Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Ankara-Dəməşq münasibətləri ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) yerləşən televiziya kanalına müsahibə verən Lavrentyev Moskva rəhbərliyinin Rusiyada prezident Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında görüş keçirilməsini dəstəklədiyini bildirib: “Bir daha deyirəm ki, Türkiyə bunu dəyərləndirməlidir. Eyni zamanda, belə bir görüş keçirilməlidir, inanırıq ki, ümumilikdə müsbət və faydalı olacaq və biz bu istiqamətdə işləyirik”.

 Lavrentyev Ərdoğanla Əsəd arasında görüşün zamana deyil, istəyə bağlı olduğunu söyləyərək, "Problem zamanda deyil, istəkdədir. Deyirik ki, qarşılıqlı iradə var. Prezident Rəcəb Tayyib Ərdoğandan belə siqnallar alırıq".

Mövzu ilə bağlı Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov da Rusiya mətbuatına açıqlamalar verib. Boqdanov Ankara-Dəməşq xəttində vasitəçilik etmək istəyini bir daha dilə gətirib: "Biz hər zaman buna hazır olduğumuzu bildiririk və bunun doğru olacağını deyirik. Ancaq indiyədək siyasi müstəvidə konkret iş görülməyib. Belə bir tələb olarsa, təbii ki, müsbət cavab verəcəyik”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR