İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml “1-ci kanal”ın cəsur jurnalistini “xuliqan” adlandırıb

Xəbər verildiyi kimi, dünən Rusiyanın "1-ci kanal"ının əməkdaşı Marina Ovsyannikova xəbərlərin buraxılışı sırasında qəfildən canlı yayım verilən studiyaya daxil olaraq Ukraynada aparılan müharibə əleyhinə şüarlar səsləndirib və plakat qaldırıb.

Onun bu qəhrəmanlıq aktı bütün dünyada əsas mövzulardan birinə çevrilib.

Kreml isə hadisəyə yalnız bu gün rəsmi şəkildə reaksiya verib. RF prezidentinin mətbuat katibi Dmitri Peskov Marina Ovsyannikovanın hərəkətini “xuliqanlıq” adlandırıb.

Dmitri Peskovun sözlərinə görə, jurnalistlə bağlı hüquq-mühafizə orqanları və telekanal araşdırma aparmalıdır.

Qeyd etmək lazımdır ki, vəkillər 10 saatdan çoxdur ki, Marina Ovsyannikovanı tapa bilmədiklərini bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR