İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral III Çarlz 23 il əvvəl verdiyi sözü niyə tutmaq istəmir? - ŞOK İDDİA

Kral Çarlzın yeni monarxiya planları Böyük Britaniyada əks-səda doğurub. O, kiçik qardaşının Edinburq hersoqu olmasına mane olmaq istəyir...

Şahzadə Edvard Edinburq hersoqu olmaqdan məhrum olacaq. Bu, Kral Çarlzın yeni planlarının bir hissəsidir.

Musavat.com bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.

Bir saray xadimi "Daily Mail"ə verdiyi açıqlamada bildirib ki, kral monarxiyanı zəiflətmək istəyir, buna görə də onun qrafı Edinburq hersoqu etməsinin mənası yoxdur.

WhatsApp Image 2022-11-19 at 16.48.45.jpeg (83 KB)

1999-cu ildə Edvard evlənərkən (kraliça o zaman ona Esseks qrafı titulu vermişdi - red.) atası və böyük qardaşı onun Şahzadə Filipin və Kraliçanın ölümündən sonra Edinburq hersoqu olacağına söz vermişlər. Lakin indi Edvardın hersoq ola bilməyəcəyi iddia edilir.

Saray mənbələri bunu siyasət dəyişikliyi kimi şərh edir.

Bunun Şahzadə Edvardın III Çarlz və Şahzadə Uilyam xaricdə olarkən kralın yerinə keçməsinin qarşısını almaq üçün edildiyini iddia olunur.

Bukingem sarayının sözçüsü məsələ ilə sualları cavabsız qoyaraq şərh verməkdən imtina edib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR