İnsanlara hürriyət, millətlərə istiqlal!

Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb

Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsini təsdiqləyib.

Musavat.com  xəbər verir ki, dəyişikliklə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manat olub.

İndiyədək bu məbləğ 2475 manat idi. Artım 1075 manat təşkil edir.

Habelə, 71.1-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə” sözləri “aylıq vəzifə maaşının 50 faizi məbləğində” sözləri ilə əvəz edilib.

72.2-ci və 73.6-cı maddələr ləğv edilib, 73.9-cu maddədən “, 73.6-cı” sözləri çıxarılıb.

Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR