İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqonun paytaxtı su altında qalıb, 120 nəfər ölüb

Yağan güclü yağışlar Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa şəhərində 120 nəfərin ölümünə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində əhalisi 15 milyondan çox olan şəhərin bütün küçələri su altında qalıb, evlər və yollar dağılıb.

Hakimiyyət Kinşasa əhalisini şəhər küçələri ilə hərəkət edərkən diqqətli olmağa çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR