İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqoda BMT missiyası əleyhinə nümayişlərdə 15 nəfər həlak olub

Son iki gün ərzində Konqo Demokratik Respublikasının şərqində yerləşən Şimali Kivu əyalətində BMT-nin sülhməramlı qüvvələrinin bölgədən çıxarılması tələbi ilə keçirilən nümayişlər zamanı baş verən iğtişaşlar nəticəsində üç sülhməramlı da daxil olmaqla, ən azı 15 nəfər ölüb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, etirazçıların fikrincə, sülhməramlılar bölgə əhalisinin təhlükəsizliyini təmin etmir.

İyulun 25-də etirazçılar əyalətin administrativ mərkəzi olan Qoma şəhərində BMT-nin regional qərargahını və anbarlarını qarət ediblər. Ertəsi gün əyalətin Butembo şəhərində təşkil olunan böyük nümayiş iğtişaşlara çevrilib. Etirazçılar Konqo polisinin silahlarını ələ keçirərək təşkilatın obyektlərini qoruyan hərbçiləri atəşə tutublar. Nəticədə missiyanın üç üzvü - Mərakeşdən olan əsgər və Hindistandan olan hərbiləşdirilmiş polis bölməsinin iki üzvü həlak olub. Şimali Kivuda isə BMT əməkdaşlarının evlərinə basqınlar edilib.

Qeyd edək ki, BMT-nin Konqodakı missiyası 2010-cu ilin yayında təşkil olunub. Hazırda missiyanın Konqodakı qüvvələrinin sayı 14 minlik qoşun kontingenti də daxil olmaqla, 20 min nəfərdən çoxdur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR