İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya və Çində insanların zombi virusuna yoluxması iddia olunur - VİDEO

Bir neçə gündür ki, Çində zombi virusunun yayılması barədə videolar insanları təşvişə salıb.

Musavat.com xəbər verir ki, Çində metroda lentə alındığı düşünülən və müasir olduğu iddia edilən videoda qadın sərnişin kişi sərnişinin üstünə tullanaraq onun üzünü qırır. Videoda gənc qadının qəribə hərəkətləri və aqressivliyi diqqət çəkir.

Çinin ardınca isə bu gün belə görüntülər Kolumbiyada da aşkarlanıb. Belə ki, Çində metroda çəkilmiş görüntülürdə insanlar zombi sifətində başqalarının üzərinə hücum çəkir.

Çin metrosunun videosundan sonra Kolumbiyada bir xəstəxanada çəkildiyi deyilən görüntü "zombi virusuna yoluxmuş şəxsin Kolumbiyada da göründüyü" iddiası ilə gündəmə gəlib. Kolumbiyadan olan kadrlarda huşunu itirmiş bir adamın xərəkdə qəribə hərəkətlər etdiyi görünür. Kişi xərəkdə ayağa qalxaraq xəstəxananın təcili yardım otağında aqressiv hərəkətlər nümayiş etdirdikdən sonra bir çox səhiyyə işçisi gəncə nəzarət etmək üçün müdaxilə edib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR