İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolluqda döyüş imitasiyası yaradan "kadırovçular" - VİDEO

Ukraynada Rusiya ordusunun tərkibində döyüşlərə qatılmış “kadırovçular” batalyonunun könüllüləri növbəti dəfə özlərini ifşa ediblər. AzVision.az xəbər verir ki, Ukrayna mediası onların guya cəbhə bölgəsindən olan döyüşlərini əks etdirən video yayıb.

Qeyd edilir ki, əslində həmin ərazidə heç bir aktiv döyüşlər getməyib və onlar səhnələşdirilmiş videoçarxlar yaratmaqda öz "istedadlarını" nümayiş etdirdilər.

"Sosial şəbəkələrdə daha bir çeçen videosu peyda olub. Kadrlarda bir neçə “kadırovçula” kolların yanında gəzişərək guya atışmalarda iştirak etdiklərini göstərməyə çalışıblar, döyüş imitasiya ediblər. Ancaq maraqlıdır ki, onlara qaşı heç bir cavab atışları eşidilmir. Eyni zamanda bu "TikToker"lər hətta güllə keçirməyən jilet və dəbilqə də taxmayıblar...", - saytlar yazıb.

 Qeyd edək ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada müharibə başlayandan bəri döyüş bölgələrinə xeyli sayda çeçen döyüşçü göndərib. O, dəfələrlə sosial şəbəkələrdə paylaşım edərək əsgərlərinin itki vermədiyini, əksinə uğurla fəaliyyət göstərdiklərini iddia edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR