Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan Nikol Paşinyanın debatda iştirak etmək çağırışına cavab verib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
“Köçəryan uzun müddətdir ki, baş nazirin qocalıq qeydlərini oxumur. Müzakirə üçün mübahisəli mövzu olmalıdır. Artsax və Ermənistanın suveren ərazilərinin təhvil verilməsinin indiki baş nazirin şəxsi “xidməti” olması isə danılmaz tarixi faktdır və bütün ağıl sahibləri üçün aydındır” - ofis rəhbəri sərsəmcəsinə iddia edib.
Ancaq o, bununla da kifayətlənməyib.
“2018-2024-cü illərdə Ermənistanda bütün hakimiyyət bir nəfərə məxsus idi və bütün hadisələrə görə bu şəxs tam məsuliyyət daşıyır. Bu bir nəfər öz nöqteyi-nəzərindən danışıq apardığını deyib: “Nə lazımdır, bunun ətrafında danışıqlar aparıram”. Bu adam indiki baş nazirdir. Heç kim “TikTok”da komik personajlarla ciddi mövzuları müzakirə etməyəcək. Mən isə minlərlə polis və mühafizəçinin arxasında gizlənən eyham barədə susacağam. Bunu söyləməyin ən yaxşı yolu bunkerlərin möhkəm divarlarıdır”, - Mikoyan cavabında deyib.
Musavat.com
08 Fevral 2025
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ