Onlayn ictimai-siyasi qəzet
Gürcüstan prezidenti Salome Zurabişvili səlahiyyət müddəti başa çatdıqdan sonra istefa verməkdən imtina etməsinə baxmayaraq, iqamətgahı tərk etməli olacaq.
Musavat.com “Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
"Xanım Zurabişvilinin dörd cümə günü qalıb, o, bununla barışa bilmir. Onun emosional vəziyyətini başa düşürəm, amma 29 dekabrda iqamətgahı tərk etməli və binanı qanuni seçilmiş prezidentə təhvil verməlidir. Prezident 26 oktyabr seçkilərində məğlub oldu. Radikal müxalifətin parlament seçkilərində qələbə qazanması üçün mübarizə apardı ki, vəzifədə qalacağına təminatı olsun, lakin bu seçkilərdə ağır məğlubiyyət aldı" – deyə İrakli Kobaxidze vurğulayıb.
Musavat.com
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ