Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın baş naziri İrakli Kobaxidze USAID tərəfindən maliyyələşdirilən bəzi qeyri-hökumət təşkilatlarını ölkədə vəziyyəti qarışdırmaqda ittiham edib.
Musavat.com xəbər verir ki, o, konkret olaraq Gürcüstanın "Ədalətli Seçkilər və Demokratiya üzrə Beynəlxalq Cəmiyyəti" adlı QHT-sini nümunə göstərib.
Kobaxidzenin sözlərinə görə, bu təşkilat 2020-ci il parlament seçkilərində səslərin paralel sayılması zamanı nəticələri saxtalaşdırıb.
O, bu cür fəaliyyətlərin Gürcüstanda demokratik institutların işinə mane olduğunu və xarici qüvvələrin daxili siyasi proseslərə müdaxilə etməyə çalışdığını bildirib.
Baş nazirin bu açıqlaması Gürcüstanın siyasi arenasında gərginliyi daha da artırıb. Müxalifət və QHT-lər isə bu iddiaları rədd edərək, hökumətin müstəqil institutları hədəfə aldığını bildirirlər. ABŞ və Qərb diplomatlarının bu ittihamlara necə reaksiya verəcəyi isə yaxın günlərdə məlum olacaq.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ