İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidze: Gürcüstanda təkrar seçkilər keçirilməyəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin ölkədəki parlament seçkilərində pozuntuların olması ilə bağlı ittihamlarını rədd edib və təkrar seçkilərin olmayacağını bildirib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu hökumət başçısı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Prezident Salome Zurabişvili və saxtakarlıq faktlarını açıq şəkildə bəyan edən müxalifət liderləri prokurorluqla əməkdaşlıqdan imtina edir və yeni seçkilərin keçirilməsini tələb edirlər.

"Tezliklə Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticələrinə yekun vuracaq. Bundan sonra parlamentin ilk iclası keçiriləcək və hökumət üzvləri təsdiqlənəcək. Müxalifətdən seçilmiş deputatların parlamentin işində iştiraklarına gəldikdə, baş nazir bildirib ki, bu, onların öz işidir.

Qeyd edək ki, Gürcüstan MSK-nın məlumatına görə, 26 oktyabrda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyası qalib gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR