Onlayn ictimai-siyasi qəzet
Klublararası dünya çempionatının A qrupunda "Palmeyras" (Braziliya) və "Əl-Əhli" (Misir) komandalarının qarşılaşdığı 2-ci turun oyunu yarımçıq dayandırılıb.
Oxu.Az xəbər verir ki, Metlayfda (İst-Rateford, ABŞ) keçirilən görüşdə hakim əlverişsiz hava şəraiti səbəbindən oyunu dayandırıb.
Qalın bulud örtüyünün yaxınlaşması və qasırğa təhlükəsi səbəbindən azarkeşlərdən arenanı tərk edərək sığınacaq tapmaq tələb olunub.
Matç 62-ci dəqiqədə dayandırılıb və hesab 2:0 "Palmeyras"ın xeyrinə olub.
Oyun qeyri-müəyyən müddətə təxirə salınıb.
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ