İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevin kosmik sənaye müəssisəsi raketlərlə vurulub

Ukraynaya məxsus kosmik sənaye müəssisəsinin istehsalat binaları atəşə məruz qalıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya silahlı qüvvələri Kiyevdəki “Artem” raket-kosmik zavodunu yüksək dəqiqlikli uzaqmənzilli raketlərdən vurulan zərbə ilə məhv edib.

O, həmçinin qeyd edib ki, “Kalibr” yüksək dəqiqlikli uzaqmənzilli dəniz bazalı raketləri Fastov, Krasnoselka və Polonnoye dəmir yolu qovşaqları ərazilərində üç elektrik yarımstansiyasını məhv edib. Bundan başqa, Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli havadan buraxılan raketləri Ukraynanın 10 hərbi obyektini, o cümlədən canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 9 ərazini, həmçinin İliçevka kəndi yaxınlığındakı sursat anbarını məhv edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR