Tramp–Putin sammiti ərəfəsində Kiyevdə ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Musavat.com xəbər verir ki, “Radio Svoboda”nın məlumatına görə, aksiyada təxminən 50 nəfər iştirak edib. Onların əksəriyyətinin yaxınları hazırda Rusiya əsirliyindədir.
Təşkilatçılar bildiriblər ki, bu etirazla Trampdan görüş zamanı ritorikanı dəyişməsini və bütün ukraynalı əsirlərin azad olunmasını tələb etməsini istəyirlər.
Aksiya iştirakçıları əlində müxtəlif plakatlar tutublar. Onlardan bəzilərində yazılmış ifadələr diqqət çəkib:
-
“Ukrayna haqqında Ukraynasız heç nə”
-
“Ərazilərin mübadiləsinə yox! Əsir mübadiləsi tələb edirik”
-
“Rusiya ukraynalı hərbi əsirlərə işgəncə verir”
-
“Ukraynanı dəstəkləyin”
Etirazçılar xüsusilə ərazilərin dəyişdirilməsi müqabilində əsirlərin buraxılmasına qarşı olduqlarını vurğulayıblar və Tramp–Putin görüşündə humanitar məsələlərə üstünlük verilməsini tələb ediblər.
ŞƏRHLƏRŞƏRH YAZ