İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev şəhəri raket və kamikadze dronlarının hücumuna məruz qalıb

Rusiya silahlı qüvvələri aprelin 30-dan mayın 1-ə keçən gecə paytaxt Kiyevə raket və kamikadze dronları ilə hücum edib.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, səhər saatlarına qədər Kiyevdə hava hücumundan müdafiə sistemindən atəş səsləri eşidilib.

Kiyev şəhər Hərbi Administrasıyası isə “Telegram” səhifəsində məlumat yayıb ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri paytaxtın hava məkanında düşmənin bütün hədəflərini məhv edib.

"Bu gecə düşmən Ukraynaya növbəti irimiqyaslı hava hücumu həyata keçirib. Bu, son 3 gündə ardıcıl ikinci dəfədir baş verir. İlkin məlumata görə, raketlər strateji təyyarələrdən atılıb”,- deyə məlumatda bildirilir.

Məlumata görə, rus qoşunları kompleks şəkildə - qanadlı raketlər və pilotsuz təyyarələrlə eyni vaxtda zərbə endirib. İlkin məlumata görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən Kiyevin hava məkanında düşmənin bütün raketləri və PUA-ları məhv edilib.

Əməliyyat məlumatlarına görə, hazırda mülki əhali arasında tələfat, yaşayış obyektlərinin və ya infrastrukturun dağılması faktı qeydə alınmayıb.

Qeyd edək ki, Ukraynanın bütün bölgələrində aprelin 30-dan mayın 1-ə keçən gecə hava həyəcanı elan edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR