İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev raket atəşinə tutulur

Rusiya Silahlı Qüvvələri gecə saatlarından etibarən Ukrayna ərazisində kütləvi raket hücumlarına başlayıb.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bildirib.

Eyni zamanda rusların İran istehsallı “Şahed” PUA-ları ilə hücuma keçdiyi vurğulanıb .

Qeyd olunub ki, raket hücumu ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr tətbiq edilir.

Kliçkonun sözlərinə görə, Kiyev vilayətində əhalinin 15 faizi işıqsız qalıb.

Məlumata görə, paytaxt Kiyev şəhərinə ballistik raketlər atılıb.

Həmçinin Odessa və Xarkov şəhərlərində də partlayış səsləri eşidilib.

Bütün ölkə ərazisində havadan müdafiə sistemi işə düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR