İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev küçələrində qalan soydaşımızın kimliyi MÜƏYYƏNLƏŞDİ

Son günlər sosial şəbəkələrin Ukrayna seqmentində paytaxt Kiyevdə küçələrdə qalan, Azərbaycan dilində ifadələr işlədən şəxsin kimliyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV məlumat hazırlayıb.

Onun Azərbaycan vətəndaşı, Bakı sakini, 1984-cü il təvəllüdlü İmanbaxşıyev Azad Novruzqulu oğlu olduğu məlum olub.

Bildirilib ki, Azad Kiyevə 2021-ci ilin sentyabrında gəlib. Buna qədər onun Azərbaycanda ruhi xəstəlikdən əziyyət çəkdiyi və müalicə olunduğu bildirilir.

Ukrayna - Rusiya müharibəsi başlayandan sonra soydaşımız küçələrdə qalıb. Hazırda o, Kiyevin azərbaycanlı polis zabiti Cahangir Rzazadənin dəstəyi ilə nəzarətə götürülüb. Azad İmanbaxşıyev Kiyevin Troyeşina rayonunda azərbaycanlılara məxsus məkana yerləşdirilib. Onun Bakıya qayıtması üçün köməyə ehtiyacı var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR