İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: Qətər və ABŞ Qəzzada girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə çalışır

Qətər və ABŞ İsrail ərazisində radikallar tərəfindən əsir götürülən və Qəzza zolağına aparılan girovların azad edilməsinə dair razılaşmanı yekunlaşdırmağa çalışır.

“Report” xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Razılaşmanın şərti İsrailin HƏMAS tərəfindən girovlarının təhlükəsiz şəkildə azad edilməsi və zolağa humanitar yardımın çatdırılmasını təmin etmək üçün Qəzzanı bombalamasını dayandırmasıdır.

“Şənbə günü (14 oktyabr) ümidverici görüşlər olub və HƏMAS mülki girovları azad etməyə hazır görünür, lakin Fələstin hərəkatı bombardmanlar davam edərkən bunu edə bilməyəcəyini deyib. Onlar (HƏMAS yaraqlıları – Qeyd) girovların təhlükəsiz şəkildə azad edilməsinə imkan yaratmaq üçün İsrailin Qəzzaya hücumlarını qısa müddətə dayandırmasını istəyirlər”, - mənbə bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR