İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: “Ermənilər Rusiyadan üz döndərərək Qərblə münasibətləri dərinləşdirirlər”

Erməni cəmiyyəti getdikcə daha çox Rusiyadan üz döndərərək Avropa İttifaqı (Aİ), ABŞ və İrana üstünlük verir.

“Report” xəbər verir ki, bu barədə erməni jurnalist Robert Ananyan tviter səhifəsində yazıb.

O qeyd edib ki, uzun illər Rusiya təbliğatı və aparıcı siyasi qüvvələri erməniləri aldadaraq, Rusiyanın Ermənistanın yeganə müttəfiqi olduğunu iddia etməklə yanaşı, ABŞ, Fransa, NATO və Aİ-yə qarşı qarayaxma kampaniyası həyata keçiriblər: “Lakin İkinci Qarabağ müharibəsi göstərib ki, Rusiya Ermənistanın qeyd-şərtsiz dəstəkçisi deyil. Bu gün ermənilər Rusiyadan çox Qərbə arxalanmağa üstünlük verirlər”.

“Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusunda iştirak edən ermənilərin yalnız 10%-i Rusiya ilə münasibətlərin hazırkı vəziyyətini “çox yaxşı”, 40%-i isə “bir qədər yaxşı” kimi qiymətləndirib. Bu, əvvəllər Ermənistanda danılmaz “xilaskar” obrazına malik olan Rusiya Federasiyası üçün fəlakətli dərəcədə aşağı rəqəmdir. Ermənilərin 15%-i Rusiya ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətini “çox pis”, 34% isə “bir qədər pis” kimi qiymətləndirib. Başqa sözlə, ermənilərin təxminən 50%-i Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini mənfi qiymətləndirir”, - R.Ananyan vurğulayıb.

Onun sözlərinə görə, eyni sorğuda iştirak edən ermənilərin 63%-i Ermənistanla Fransa arasında münasibətlərin hazırkı vəziyyətini “çox yaxşı”, 33%-i isə “bir qədər yaxşı” kimi qiymətləndirib: “ABŞ İrandan sonra üçüncü yerdədir. Ermənilərin 21%-i Ermənistan-ABŞ münasibətlərini “çox yaxşı”, 67%-i isə “bir qədər yaxşı” kimi qiymətləndirib.

Avropa İttifaqı Ermənistanda dördüncü müsbət göstəriciyə malikdir: ermənilərin 18%-i Ermənistan-Aİ münasibətlərinin vəziyyətini “çox yaxşı”, 68%-i isə “bir qədər yaxşı” kimi qiymətləndirib”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR