İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: "Ərdoğan G20 sammitində Rusiyanın Ukrayna ilə bağlı mövqeyini çatdıracaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20-yə daxil olan ölkələrin Hindistanda keçiriləcək sammitində Rusiya Prezidenti Vladimir Putinin Ukraynada münaqişənin başa çatması ilə bağlı şərtlərini açıqlaya bilər.

“Report” xəbər verir ki, bu ehtimal “Milliyet” qəzetinin köşə yazarı Özay Şendirin məqaləsində yer alıb.

Müəllif yazıb ki, Türkiyə Prezidenti G20 sammitindən əvvəl Rusiya lideri ilə görüşə biləcək yeganə Qərb lideridir: “Bu da Türkiyəni Hindistanda keçiriləcək sammitdə "ulduz"a çevirəcək. Beləliklə, Türkiyə Prezidenti Rusiyanın şərtlərini və təkliflərini G20 ölkələrinə açıqlayacaq. Bu o deməkdir ki, Ukrayna və Rusiya arasında münaqişəyə son qoymaq üçün faktiki vasitəçilik prosesi başlayıb”.

Bildirilib ki, Hindistanda keçiriləcək sammitdən əvvəl Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”ni müzakirə edəcəklər. Qəzet qeyd edib ki, bu, rəsmi Ankaranın Afrikadakı mövqeyini gücləndirəcək, eyni zamanda Afrika ölkələrinin BMT-də dəstəyini almağa kömək edəcək.

Sammit sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR