İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kitabında yazıb ki, Rüstəm Behrudi Elçibəydən pul istədi” -Video

Şair Rüstəm Behrudi Əbülfəz Elçibəyin prezident olduğu dövrddə mədəniyyət naziri olmaqdan imtinası barədə danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, RTV-də yayımlanan “Qaranlıqda Həqiqət” layihəsində söz açıb:

“Rəhmətlik Elçibəyin özünə də izah etdim, dedim ki, gündə bir insan gələcək, onları gözləyəcəyəm? Məcburam qarşılamağa...

Birincisi, bu işi bacarmaram, ikincisi, mənlik deyil. Azad insanam. Hətta zarafat etdim. Ədalət Tahirzadə isə kitabında yazıb ki, Rüstəm Behrudi Əbülfəz Elçibəydən pul istədi. Amma anlamır ki, qardaşlarım o dövrdə Bakının ən məşhur biznesmenləri idi.  Azərbaycana ərzaq gətirirdilər. 100 dollara ehtiyacım yoxudu.

Guya Elçibəyə demişəm, onun əvəzinə 100 dollar ver. Əslində, demişdim ki, həftədə 100 manat pul lazım olur, dostlarla araq, "vodka" içməyə. Qəzetlər də yazdı ki, Rüstəm Behrudi nazirliyi 100 dollara dəyişdi”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR