İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişilər buna görə boşanmaq istəmir – Onların ən böyük qorxusu üzə çıxdı

Son dövrlər münasibətlərdə maraqlı bir tendensiya müşahidə olunur: qadın ayrılmaq istədiyi halda, kişi bunu qəbul etməyə tələsmir. Aralarında emosional bağ zəifləsə də, kişi ailənin dağılmasına qarşı çıxır. Qadın isə illərlə dəyişməyən vəziyyətdən yorularaq çıxış yolu axtarır. Bu fərqli yanaşmaların kökündə sosial rollar, psixoloji ehtiyaclar və cəmiyyətin gözləntiləri dayanır.

Bəs insanlar tükənmiş münasibətləri qorumağa məcburdurmu?

Psixiatr Azər Bağırov bu barədə Yenisabah.az-a danışıb. O, bildirib ki, belə hallara cütlük terapiyalarında çox rast gəlinir:

“Qadının boşanmaq istədiyi vəziyyətlərdə kişilərdə bu əksinə olur. Halbuki arada isti münasibət yoxdur, buna baxmayaraq kişi boşanmaq istəmir. Qadın isə qarşı tərəfin düzəlməyəcəyini hiss edir çarəsizlikdən boşanmağa üz tutur. Burada fərqli faktorlar var. Kişilər üçün qadınlara qoyulan qədər məsuliyyət yoxdur. Tutaq ki, kişi ailədə bir çətinlik yaşadığında ailədəm içəridən uzaqlaşa bilir. Qadın isə o mövzuda bir az daha təhlükə hiss edir. Digər tərəfdən qınağa məruz qalmaq məsələsi də var. Kişilər həm də ona görə narahat olur ki, əgər boşansalar və qadın başqa biri ilə ailə qursa, onun uşaqlarına yad adam atalıq edə bilər”.

Ekspert onu da qeyd edib ki, qadınlar evlilikdə sıx münasibət istəyirlər:

“Kişilər təbiətlərindən gələn çətinliklərə görə ünsiyyətə çox meylli deyillər. Ona görə qadınlar daha çox şikayətçi olurlar ki, evliliyimizdə bir şeylər yolunda getmir, bir-birimizlə birlikdə vaxt keçirə bilmirik, məişət qayğılarından başqa ünsiyyətimiz yoxdur. Yaxud da qadın əksər vaxtını evdə tək keçirdiyi üçün bunun da narahatlığı meydana gəlir. Belə qadınlar istəyir ki, işdən, evdən əlavə məşğuliyyətlər də olsun. Ancaq kişi işi, yorğunluğu bəhanə gətirir və qadının təkliflərindən boyun qaçırır. Digər tərəfdən, kişilər istədiyi vaxt dostları ilə çıxıb gəzə bilir. Lakin qadınlar harasa çıxmadan əvvəl ərindən icazə almalıdır. Cəmiyyətdə qadınların əleyhinə bu cür bir vəziyyət var. Son dövrlərdə isə qadınlar daha çox sosial şəbəkələrin təsirində qalaraq, başqa evliliklərin sanki daha çox romantik olduğunu və boşansalar onların da belə xoşbəxtlik tapacağını düşünürlər. İqtisadi və sosial çətinliklər, ailənin qazanc səviyyəsinin qadının istədiyi kimi olmaması da boşanmağa gətirib çıxarır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR