İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişi arvadının sözünə baxdı, lotereyada 3 milyon uddu

Malayziyanın Klanq şəhərinin sakini məsləhətlə lotereya bileti alması sayəsində  milli valyutada milyonçu olub.

Musavat.com xəbər verir ki, bu barədə Wau Post məlumat yayıb.

Kişi həmişə eyni nömrə kombinasiyası ilə lotereya biletləri aldığını bildirib. O, yenidən lotereya oynamaq üçün həyat yoldaşı ilə mağazaya gedəndə bilib ki, onun sevimli nömrələri olan bilet artıq satılıb.

Malayziyalı mağazadan çıxmaq istəyəndə qadın ona başqa nömrələri olan lotereya bileti almağı təklif edib. Kişi onun məsləhətinə əməl etmək qərarına gəlib. Bir müddət sonra o, üç milyon Malayziya ringgiti (manatla götürsək, 1 milyon 140 min - 673 min dollar) məbləğində pul udduğunu öyrənib. “Qalib gəldiyimə inana bilmirdim. Qadınlara qulaq asmaq lazımdır!” - şanslı qalib deyib. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR