Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov tezliklə vəzifəsindən alına bilər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb.
Hazırda Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini tutan Oleq İvaşenko hərbi kəşfiyyatın yeni rəhbəri ola bilər.
Həmçinin bildirilir ki, Budanov Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıda olduğu kimi başqa ölkəyə səfir göndərilməyəcək.
Qeyd edək ki, Rusiya müstəntiqləri ötən il Kirill Budanovu 104 terror aktında iştirakda ittiham ediblər.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ