İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirayə qiymətlərinə görə Türkiyə dünyada birinci yerdədir

Ötən ilin yekunlarına görə, Türkiyə kirayə daşınmaz əmlak qiymətlərinin artımına görə dünya lideri olub. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Britaniyanın Knight Frank konsaltinq şirkətinin məlumatlarınd əvvəlki illə müqayisədə  kirayə qiymətlərinin 160,6% artdığı bildirilir.

Yerli ekspertlər qeyd edirlər ki, Türkiyədə kirayə qiymətlərinin 70% artması haqlıdır və inflyasiya ilə bağlıdır. Nəşrin sitat gətirdiyi yerli Rieltorlar Palatasının rəhbəri Nizamettin Aşa qeyd edib ki, qiymətlər 2018-ci ildə mənzilə tələbatın təxminən 50% azalması nəticəsində daşınmaz əmlak bazarında iki illik durğunluqdan sonra artmağa başlayıb. Bu, digər məsələlərlə yanaşı, son illərdə orta təbəqənin ala bilmədiyi elit mənzillərin tikintisinə üstünlük verilməsi ilə bağlı idi. “Beləliklə, 1 milyondan çox daşınmaz əmlak yığılıb. Son beş-altı ildə bazarda qiymətlərin nisbətən yüksək olmasına baxmayaraq, canlanma müşahidə olunur. 70 faiz haqlıdır, 30 faiz şişirdilir”, - Rieltorlar Palatasının rəhbəri bildirib.

Sənaye nümayəndələrinin TASS-a verdiyi məlumata görə, Türkiyədə daşınmaz əmlakın kirayəsi qiymətlərinin artması ötən ilin martından Rusiya və Ukrayna vətəndaşlarının ölkəyə axınından sonra müşahidə olunur. Əsasən İstanbulda və kurort bölgələrində mənzil alıb kirayə verirlər. Eyni zamanda, mənzillərin kirayə verildiyi ərazidən asılı olaraq kirayə qiymətləri inanılmaz ola bilər.

Antalyada orta kirayə qiyməti keçən il ən azı 4 dəfə artaraq ayda 200-600 dollardan 2000 dollara yüksəlib. İstanbulda aylıq 1,5-2 min dollardan aşağı qiymətə mənzil və ya studiya tapmaq, demək olar ki, mümkün deyil. Bir neçə il əvvəl isə 1000 dollara mənzil kirayələmək mümkün idi.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR