İnsanlara hürriyət, millətlərə istiqlal!

Kinematoqrafçılar İttifaqı: "Hüquq mühafizə orqanlarına müraciət ediləcək"




Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı son vaxtlar mətbuatda yayılan iddialara aydınlıq gətirib.

Musavat.com bildirir ki, qurum bu barədə öz saytında açıqlama yayıb. Açıqlamada qeyd olunur:

"Son günlər mətbuatda özünü Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) mətbuat xidmətinin əməkdaşı kimi təqdim edən Əli Vəliyevə istinad edilməklə ARKİ-nin sədri Şəfiqə Məmmədova barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilib, hətta Şəfiqə Məmmədovanın xəstələnməsi və təcili yardım çağırılaraq xəstəxanaya aparılması barədə yanlış məlumat yayılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Xalq artisti, Professor Şəfiqə Məmmədova səhhətində heç bir narahatçılıq olmayıb, hazırda işinin icrasındadır

ARKİ tərəfindən Əli Vəliyevə və digər mətbuat nümayəndələrinə bu günədək ümumiyyətlə rəsmi heç bir məlumat verilməyib. Əli Vəliyevin isə ARKİ adından məlumat yaymaq səlahiyyəti yoxdur, o, öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Əli Vəliyevin kütləvi informasiya vasitələrinə təqdim etdiyi, əsassız və həqiqətə uyğun olmayan məlumatlar ARKİ tərəfindən araşdırılır və aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilməsi üçün materiallar toplanır.

Kütləvi informasiya vasitələrindən ARKİ-nin fəaliyyəti və onun sədri barədə xəbərləri qurumun rəsmi nümayəndələrinin məlumatlarına istinadla dərcini xahiş edirik".

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR