İnsanlara hürriyət, millətlərə istiqlal!

Kimyəvi maddələrlə terror aktı törətməyə çalışan iranlı belə yaxalandı - ANBAAN VİDEO

Almaniya böyük bir fəlakətdən xilas olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, terror aktı törətmək üçün kimyəvi silahla hazırlaşdığı öyrənilən şəxsin evinə edilən basqın edilib.

Basqın zamanı həmin şəxsin evindən 32 ilə 72 saat arasında ölümə səbəb olan siyanür və risin adlı maddələr aşkar edilib. Evə basqın edildi zaman alt paltarında nəzarətə alınan şübhəlinin evinə daxil olan qrupların oksigen maskası və qoruyucu paltar geyindiyi də görülüb.

Almanya büyük bir kimyasal saldırıdan kıl payı kurtuldu! Şüpheli iç çamaşırlarıyla gözaltına alındı

Almaniyanın şimal-qərbindəki Castrop-Rauxel bölgəsində səhər saatlarında təşkil edilən basqın zamanı terror aktına hazırlaşdıqları öyrənilən 32 yaşlı iranlı və başqa bir şəxsin tutulduğu açıqlanıb.

Terrorla mübarizə qruplarının səhər saatlarında keçirdiyi əməliyyat zamanı polis və təhlükəsizlik qüvvələri mümkün kimyəvi terror hücumuna qarşı oksigen maskası və qoruyucu kostyumlar geyinib.

Almanya büyük bir kimyasal saldırıdan kıl payı kurtuldu! Şüpheli iç çamaşırlarıyla gözaltına alındı

Almaniyanın nüfuzlu media qurumlarından biri olan "Welt", adı açıqlanmayan şəxsin evində siyanür və risin adlı kimyəvi maddələrin tapıldığını və onlardan kimyəvi silah hazırlamaq üçün istifadə oluna biləcəyini açıqlayıb.

Səlahiyyətlilər məlumatın xarici kəşfiyyat bölməsindən gəldiyini də bildirib. Həmçinin, adı açıqlanmayan şəxsin nəyi hədəf alıb-almadığına dair heç bir açıqlama verilmədiyi halda, təhlükəsizlik qüvvələrinin bir neçə gündür şübhəli şəxsi izlədiyi bildirilib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR