Onlayn ictimai-siyasi qəzet
Dərman pişikotu - valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir.
Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.
Kimlərə valerianın faydasından çox zərəri ola biləcəyini təqdim edirik.
- Çox yaşlı adamlara olmaz - çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər
- Yüksək təzyiq xəstələri - müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyanıq olur və yuxusuzluq baş verir
- Qaraciyər xəstəliyi olanlar, böyrək xəstəlikləri, enterokolit, nefrit xəstəliklərində olmaz
- Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır
- Allergiyası olanlara
- Hamilə qadınlara
Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.
Yaşlı və xəstə insanları hətta komaya sala bilər. /medicina.az
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ