İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen In sirr kimi saxladığı qızını NİYƏ ÜZƏ ÇIXARDI? - ŞOK DETALLAR

Kim Çen In dekabrın sonunda siyasi büro iclasının keçirilməsini və burada dövlət siyasətlərinə yenidən baxılmasını istəyir.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Şimali Koreyanın dövlət mediasında yer alıb.

İclasın iqtisadiyyat, xarici siyasət və silahların inkişafı sahəsində mühüm qərarların qəbulu üçün keçiriləcəyi bildirilir.

Məlumata görə, Şimali Koreya bu il milli inkişafı təmin etdirmək və ölkənin prestij və ləyaqətini yüksəltmək üçün həm daxili, həm də xarici şəraitdə “görünməmiş çətinliklərin” öhdəsindən gəlib.

skynews-kim-jong-un-kim-ju-ae_59.jpg (69 KB)

Qeyd edək ki, bu il həyata keçirilən ballistik raket sınaqları ilə bölgədə artan gərginliyə cavab olaraq Cənubi Koreya prezidenti Yoon Seok-yeol nüvə sınağı olacağı təqdirdə görünməmiş bir reaksiya veriləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Şimali Koreyanın noyabrın 4-də keçirdiyi hava təlimi Cənubi Koreya və ABŞ-ı qırmızı həyəcan vəziyyətinə salıb. Bildirilir ki, Kim Çen In 705 pilotu 3 saat 47 dəqiqədən çox davam edən ümumi döyüş təlimini uğurla başa vurduğuna görə təbrik edib və mükafatlandırıb.

Qitələrarası ballistik raket olan Hwasong-17 sınağına qızı ilə qatılan Kim Çen In ilk dəfə övladı ilə birgə görüntülənib.

Yaponiyanın "Asahi" qəzetinin mənbələrinə görə, Şimali Koreya lideri Joo-ae adlı kiçik qızını dünyaya göstərməklə onun kral ailəsini təmsil etdiyini diqqətə çatdırıb. Buna bənzər fikirlər ABŞ mediasında da yer alıb. Bir neçə gün əvvəl "New York Post"da yer alan xəbərə görə, Kim gələcəkdə öz yerini qızına verməyi planlaşdırır və onu bu yöndə yetişdirir.

63886e184e3fe01d0059af2e.jpg (87 KB)

Bundan əlavə, bildirilir ki, Şimali Koreya dünyaca məşhur bir sülalə olduğunu iddia etdiyi Baekdu nəslini İngiltərə və Yapon kral soyundan gələn nəsil kimi tanıtmaq istəyir.

Kəşfiyyat mənbələrinə görə, 2009-cu ildə evlənən Kim Çen In və Ri Sol-cunun üç övladı var.

Qeyd olunub ki, birinci uşaq 2010-cu ildə doğilan oğlan, ikincisi 2013-cü ildə doğulan və bu yaxınlarda atasının yanında görünən Kim Joo-aedir. Üçüncü uşaq isə 2017-ci ildə dünyaya gəlib, lakin onun cinsiyyəti barədə məlumat yoxdur.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR