İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen In qızı və xanımı ilə ilk dəfə ziyafətdə görüntüləndi- FOTO

Şimali Koreya lideri Kim Çen In qızı ilə birlikdə ordunun yaradılmasının 75-ci ildönümü şərəfinə Koreya ordusu komandirlərinin iqamətgahını ziyarət edib.

Azpost.info xəbər verir ki, onlar bayram ziyafətində də iştirak ediblər.

Bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Agentlik Kim Çen Inın qızı, həmçinin həyat yoldaşı Ri Sol-ju ilə birlikdə ziyafətdən fotolar yayımlayıb.

“Kim Çen In və onun sevimli qızı Müdafiə Nazirliyinin komandirləri, iri birləşmələrin hərbi-siyasi komandirləri tərəfindən qarşılandı”, – məlumatda deyilir.

Agentlik hər zaman olduğu kimi, bu dəfə də Şimali Koreya liderinin qızının adını çəkməyib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR