İnsanlara hürriyət, millətlərə istiqlal!

Kilis və Şanlıurfada axtarış əməliyyatları başa çatıb

Türkiyənin Kilis və Şanlıurfa vilayətlərində axtarış-xilasetmə əməliyyatları başa çatıb.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib. Onun sözlərinə görə, Diyarbəkir, Adana və Osmaniye vilayalətlərində də axtarış işlərinin böyük hissəsi tamamlanıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saatlıq fərqlə 7,7 və 7,6 maqnitudada iki zəlzələ baş verib. Son məlumatlara görə, nəticədə ən azı 17 674 nəfər ölüb, 72 879 nəfər yaralanıb. Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR