İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıç Ermənistanla sərhədə gəldi: 2 keçid məntəqəsi açılır

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Qars bölgəsinə sərhədə səfər edib.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, xüsusi nümayəndə Ermənistanla sərhəddəki Akyaka rayonunun Doğukap keçid məntəqəsinə baş çəkib.

Mətbuata qapalı keçirilən səfərin detalları açıqlanmır.

Qeyd edək ki, Türkiyənin Ermənistanla sərhədin Doğukap və Alikan keçid məntəqələrini açmaq istədiyinə dair məlumatlar yayılıb. Məlumata görə, hazırda İsrail şirkəti Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsi ilə məşğuldur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR