İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiçik Kennedi: "Ukraynaya görə amerikalılar qida pullarından məhrum olub"

Demokratlar Partiyasından prezidentliyə namizəd Robert Kennedi bildirib ki, ABŞ dövlətinin Ukraynaya yardım üçün ayırdığı vəsait 113 milyard dollara çatıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Ukraynaya görə amerikalıların qida pullarından məhrum olduğunu açıqlayıb

“Biz 30 milyon amerikalı üçün ərzaq talonlarını və 15 milyon amerikalının tibbi sığortasını necə ləğv edə bilərik”, – siyasətçi ritorik sual verib.

ABŞ prezidentliyinə namizəd Ukraynanın fövqəldövlətlər arasında qarşıdurma platformasına çevrildiyi barədə də fikir bildirib.

İyulun sonunda Kennedi Rusiyanın Ukraynada müharibəyə başlamazdan  başlamazdan əvvəl RF ilə Ukrayna arasında sülh sazişinin imzalanmasını ABŞ-ın sabotaj etdiyini bildirib.

Siyasətçinin sözlərini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Amerika hakimiyyətinin Rusiya ilə dialoqu saxlamaq çağırışlarına görə kiçik Kennedini təqib edəcəyini deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR