İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəşfiyyatçı Ritter: "Rusiyada Ukraynanın müdafiəsini ildırım sürəti ilə vurmaq imkanı var"

"Rusiya ildırım sürəti ilə Ukraynanın cənubunda və şimalında müdafiəni yarmağa qadirdir. Hər halda aradan qaldırılmalı olan əbədi Ukrayna “xərçənginin” yaranmasının qarşısını almaq üçün Rusiya Ukrayna ilə hərbi əməliyyatlarda həlledici üstünlük anından istifadə etməlidir".

Musavat.com Rusiyada çıxan “Moskovski Komsomolets” nəşrina istinadla xəbər verir ki, bunu keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter deyib.

Ritter qeyd edib ki, Rusiyanın hərbi qüvvələri Ukraynanın müdafiə gücünü nəzərəçarpacaq dərəcədə üstələyir. Onun sözlərinə görə, cəbhəni sabitləşdirmək üçün Kiyev bütün ehtiyatlarını ortaya qoyub və Moskva da öz növbəsində tezliklə döyüş meydanlarına 150-200 min yeni döyüşçü çıxara bilər.

“Ukraynada onları dayandıracaq heç kim yoxdur. Onların yolunu kəsəcək Ukrayna ordusu qalmayıb”, - Ritter deyib.

Ekspert həmçinin qeyd edib ki, Ukrayna müdafiəsində strateji dərinlik yoxdur və qüvvələr həddən artıq səpələnib. Amerikalı kəşfiyyatçı əlavə edib ki, Rusiya ordusunun qüvvələri ildırım sürəti ilə şimal və cənubda müdafiə xəttini aşağı salmağa qadirdir.

Onu da qeyd edək ki, ötən ilin fevralından, Rusiyanın Ukrayna üzərinə genişmiqyaslı hücumu başlanandan bəri amerikalı keçmiş hərbçilər, kəşfiyyatçılar və diplomatlar dəfələrlə bu sayaq, Rusiyanın izzət-nəfsini oxşayacaq açıqlamalar verirlər. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR