Onlayn ictimai-siyasi qəzet
İraqın Kərbəla şəhərində ziyarətdə olan daha iki Azərbaycan vətəndaşı vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə onların yaxınları məlumat yayıb.
Bildirilib ki, Bakı şəhər Sabunçu rayonu sakini Hacı Dəyanət Kərbəlada infarkt keçirib və orada dəfn olunub.
Masallı rayonunun Mollaoba kəndindən olan Hacı Gülhüseyn də Kərbəla ziyarəti zamanı dünyasını dəyişib. Onun harada dəfn ediləcəyi məlum deyil.
Şahanə Rəhimli
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ