İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəmaləddin Heydərov rəis müavinlərini vəzifələrindən azad etdi – YENİ TƏYİNAT


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb xidməti Tibb işləri üzrə iki rəis müavini vəzifəsindən azad olunub.

“Qaynarinfo” xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Rəfiq Faiq oğlu Mirişli FHN Tibb xidməti rəisi tibb xidməti istismar və iqtisadi işlər üzrə rəis müavini, tibb xidməti kapitanı Mirzəyeva Aidə Rəfail qızı Tibb xidmətinin rəisinin müavini vəzifələrindən azad ediliblər.

Nazirin digər əmri ilə 25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olan, tibb xidməti mayoru Tale Nadir oğlu Əlirzayev FHN Tibb xidməti rəisinin müavini təyin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR