İnsanlara hürriyət, millətlərə istiqlal!

Kelloqun Kiyevə səfəri təxirə düşdü

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə və digər Avropa paytaxtlarına yanvarın əvvəlinə planlaşdırılan səfərini təxirə salıb.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, səfərin Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra baş tutacağı gözlənilir.

Lakin səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.

Qeyd edək ki, noyabrın 27-də Tramp Keyt Kelloqu köməkçisi və ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə irəli sürüb. Kelloq Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarlarından biridir. İlk vaxtlar Trampa Ukraynanın ərazi itkisini nəzərdə tutan sülh planını hazırlayanlardan olan Kelloq xüsusi nümayəndə vəzifəsinə təyin olunduqdan sonra fikrini ciddi şəkildə dəyişib. O, Ukraynanı razı salacaq ədalətli sülhün əldə olunmasını vacib hesab etdiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR