İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərə və Laçına gedəcək fermerlərə ŞAD XƏBƏR

Kəlbəcər və Laçın rayonlarına arıçılıq və heyvandarlıq təsərrüfatlarını aparacaq fermerlər bu il Ağdərə yolundan istifadə edə biləcəklər.

Musavat.com-un xəbərinə görə, bu barədə fermerlərin problemləri ilə məşğul olan tanınmış vəkil Əziz Qənbərli Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verib.

Vəkil bildirib ki, 10.05.2024-cü il tarixdən etibarən arı təsərüffatı ilə məşğul olan fermerlərə portal üzrə icazə verilib:

“Mən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədovun qəbulunda olanda Ağdərə yolu ilə getməklə bağlı da məsələ qaldırmışdım. Cənab nazir bildirmişdi ki, 90% həll ediləcək, texniki məsələ qalıb. Dünən bu məsələni Nazirliklə maraqlandım. İş günü olmadığı üçün mənə dəqiq məlumat verən olmadı. Bu gün Nazirliyin mətbuat katibi Vüqar Hüseynovla yenidən danışdım. Bildirdi ki, Ağdərəyə, Kəlbəcərə və Laçına gedən fermerlər Ağdərə yolundan da istifadə edə biləcəklər.

Cənab Prezidentimiz başda olmaqla, Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova və kənd təsərrüfatı naziri Məcnun Məmmədova fermerlər adından və şəxsən öz adımdan minnətdaram”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR