Onlayn ictimai-siyasi qəzet
Ukrayna 2025-2026-cı illərdə hərbi sənaye kompleksinin inkişafı üçün Qərb ölkələrindən əlavə 15 milyard dollar alacağını gözləyir.
Musavat.com xəbər verir ki, bu, Ukrayna hökumətinin Ali Radaya təqdim etdiyi 2025-2026-cı illər üçün fəaliyyət proqramında nəzərdə tutulur.
Proqramda qeyd olunur ki, Ukrayna hökuməti 2025-ci il dekabrın 31-dək “Ukrayna müdafiə-sənaye kompleksinin tərəfdaşlar tərəfindən ən azı 5 milyard ABŞ dolları, 2026-cı ildə isə ən azı 10 milyard dollar səviyyəsində maliyyələşdirilməsini” təmin etmək niyyətindədir.
Ümumilikdə, Ukraynada hərbi-sənaye kompleksinin maliyyələşdirilməsi nəzərdə tutulan məbləğdən iki dəfə artırılmalıdır.
Bu məbləğlər yalnız hərbi-sənayenin maliyyələşdirilməsini əks etdirir. 2026-cı ildə 60 milyard dollara çata biləcək maliyyə dəstəyi və ya ayda təxminən 1-2 milyard dollar təşkil edən silah, avadanlıq və sursatların birbaşa tədarükü bura daxil deyil.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ