İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərdə fermerlər arasında münaqişənin qarşısı alındı- Vəkil Vilayət Eyvazova təşəkkür etdi  

Vəkillər Kollegiyasının üzvü Əziz Qənbərli Kəlbəcər rayonunun yaylaqlarına köç etmiş bəzi fermerlərin arasında yaranmış insidentin böyüməsinin qarşısının alınmasına polisin imkan vermədiyi və problemin həll edildiyinə görə daxili işlər naziri Vilayət Eyvazova təşəkkür ünvanlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məktubunu facebook səhifəsində yayan vəkil bildirib ki, ölkəmizin qida təhlükəsizliyində xüsusi yeri olan Kəndli Fermer Təsərrüfatı ilə məşğul olan şəxslərin təmənnasız hüquqlarını müdafiə edir:

“Bu il cənab Prezidentimiz ötən illərdən fərqli olaraq tək Kəlbəcər və Laçın sakinlərinə deyil, ölkənin digər fermerlərinə də yaylaqda şərait yaradılması göstərişini verib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu işin öhdəsindən layiqincə gəlmiş və hər bir fermerə təsərüffatının sayına uyğun olaraq (200 qoyuna 68 ha) ərazi ayırıb konkret sərhədlər müəyyən edib. Lakin bəzi fermerlərin yaylağa təsərüffat aparmaq üçün deyil, konkret təxribat üçün getdikləri müşahidə olunub. Mən şəxsən özüm bunu müşahidə etmişdim. Ona görə ilk öncə Kəlbəcər rayon Polis şöbəsinin rəisi cənab Haqverdi Əkbərova mətbuat vasitəsi ilə müraciət etdim ki, tədbirli olsun. Çünki sərhədyanı bölgədə təxribat ancaq ermənilərə xidmət edə bilər.

Dediyim 2-3 nəfər təxribatçı şəxslər kolxoz vaxtı babası kolxoza çobançılıq edərkən düşdüyü yaylağı özünə dədə-baba yurdu kimi qələmə verərək fermerlərlə münaqişə yaratmağa cəhd edirdilər.

Lakin Kəlbəcər rayon Polis şöbəsinin rəisi cənab Haqverdi Əkbərov mənim müraciətimi dərhal nəzarətə götürmüş, həmin şəxslərin dairəsi müəyyən edilmiş və heç bir ciddi münaqişə olmadan proflaktik tədbirlər sayəsində böyük bir təxribatın qarşısı alınmışdı. Kəlbəcər rayon polisi gözləmir ki, hadisə baş versin sonra hadisə yerinə getsin. Fermerlərimizi marifləndirməklə qanunvericiliyin tələbləri çərçivəsində gecə, gündüz, qar, boran, tufan demədən nizam intizamı yaradıblar.  Hazırda yaylaqdan aldığım məlumata əsasən fermerlərimiz dinc, mehriban qonşuluq şəraitində təsərüffatlarını yaylaqlarımızda yayladırlar”.

Əziz Qənbərli fermerlər arasında yaşanan problemli vəziyyətin heç bir gərginlik yaşanmadan həll edilməsinə görə başda daxili işlər naziri Vilayət Eyvazov olmaqla, Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına, xüsusi həssaslıq göstərərək vəzifələrinin icrasını layiqincə yerinə yetirən Kəlbəcər rayon Polis şöbəsinin rəisi Haqverdi Əkbərova və əməkdaşlarına təşəkkür edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR