Onlayn ictimai-siyasi qəzet
İstanbulda meşəlik ərazidə meyiti tapılan gənci keçmiş sevgilisi, müğənni və model Seçil Çiftçinin öldürməsi barədə xəbər vermişdik.
Musavat.com xəbər verir ki, hadisədən sonra ifadəsi üzə çıxan Seçil Çiftçinin “Əvvəlcə başına vurdum, sonra da "kalqotka" ilə boğdum” dediyi iddia edilib.
Mövzu ilə bağlı davam edən istintaqda Seçil Çiftçinin keçmiş sevgilisi üçün yazdığı təhdid mesajları da tapılıb.
İddiaya görə, evdə Seçil Çiftçi ilə Sevim arasında mübahisə düşüb. Müzakirə zamanı Çiftçi Sevimi öldürüb. Meyitdən necə qurtulacağını bilmədiyi üçün dərhal atasına zəng edərək kömək istəyib, birlikdə meyiti Sancaktəpədə meşəyə aparıb atıblar.
Qeyd edək ki, İstanbul İl Jandarma Komandanlığı qruplarına məlumat verilib ki, şəxsiyyəti məlum olmayan kişi meyiti Sancaktepedəki meşəlik ərazidə əl-ayağı bağlı vəziyyətdə tapılıb. Seçil cinayəti törətdikdən sonra atasına zəng vuraraq ondan kömək istəyib. Onlar Semih Sevginin nəşini evdən çıxararaq meşəlik ərazidə basdırıblar. Daha sonra müğənni polisə gedərək təslim olub.
Sabah qəzetində yer alan xəbərə görə, Semih Sevimin keçmiş sevgilisi olduğunu açıqlayan Seçil Çiftçi, "Məni tez-tez narahat edirdi. Məni təhdid etdiyi üçün qorxurdum", -deyə ifadəsində bildirib.
Hadisənin necə baş verdiyini izah edən Seçil Çiftçi deyib: "İçəri girdi, dava oldu. Tutduğum çubuqla başına vurmağa başladım. Yıxıldı. Mən də "kalqotka" onu boğdum. "Kalqotka"nı boynuna dolayıb bərk-bərk dartdım”.
Öləndən sonra mobil telefonunu və şəxsiyyət vəsiqəsini parçaladığını deyən Seçil Çiftçi peşman olduğunu qeyd edib.
Musavat.com
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ