İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş Rusiya gözəlinin 5,3 milyonu əlindən belə alınıb

Keçmiş Rusiya gözəli, "Miss Moskva" Alesya Semerenkonun üzləşdiyi dələduzluğun detalları açıqlanıb. O bir ildir ki, Vyetnamdakı gözəllik müsabiqəsinin kastinqdə iştirak etmək və mükafatlandırlmaq üçün tanışına ödədiyi 5,3 milyon rublu qaytarmağa çalışır.

BAKU.WS xəbər verir ki, həmin şəxs müxtəlif bəhanələrlə ondan pul alıb, daha sonra onu bütün sosial şəbəkələrdə bloklayaraq yoxa çıxıb.

Məlumata görə, özünü Anton Paramonov kimi təqdim edən tanışı əvvəlcə şübhə doğurmayıb. Tanış olduqları an o modelə, yaxşı əlaqələri olduğunu, bunun sayəsində gözəllik yarışmalarında mükafatlar qazana biləcəyini iddia edib. Əvvəlcə 30 yaşlı model Tailandda çıxış etmək üçün 230 min rubl ödəsə də, qalib gələ bilməyib. İki il sonra Paramonov yenidən qızla əlaqə saxlayıb, bu dəfə model ona 205 min dollar ödəməli olub. Daha sonra modeli aldadan şəxs yoxa çıxıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR