İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş kürəkənini öldürmək istəyən şəxs hökmdən narazıdır

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Amil İbrahimov Ali Məhkəməyə müraciət edib.

"Ölkə.Az" xəbər verir ki, onun müraciətinə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası noyabrın 23-nə təyin olunub.

Qeyd edək ki, 2021-ci il sentyabrın 25-i saat 22 radələrində Göygöl rayonu, Hacıməlik qəsəbəsində 1987-ci il təvəllüdlü Azər Məhərrəmova bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin keçmiş qayınatası Amil İbrahimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Azər Məhərrəmova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Amil İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Məhkəmənin hökmü ilə ona 7 il, 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR