İnsanlara hürriyət, millətlərə istiqlal!

Kartofda karantin tətbiq edilən orqanizm aşkarlanıb

Azərbaycana gətirilən ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.

Bu barədə Musavat.com-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, "Əkinçi -10 2021" MMC tərəfindən Gürcüstan Respublikasında fəaliyyət göstərən "LIMA" şirkətindən və Rusiya Federasiyasında fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən ölkəmizə idxal olunan 45 ton ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə (fitopatogen bakteriyalar: Clavibacter michiganensis subsp. Sepedonicus) aşkar olunub.

Aşkar edilmiş faktla bağlı məhsulun məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR