Onlayn ictimai-siyasi qəzet
Kanadanın hakim Liberal Partiyasının yeni lideri və gələcək baş nazir Mark Karni ABŞ-la ticarət müharibəsində Kanadanın qalib gələcəyini əmin olduğunu deyib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, öz tərəfdarlarına müraciətində "Kanada heç vaxt, heç bir şəkildə Amerikanın bir hissəsi olmayacaq" deyib.
Karni bildirib ki, o, Kanadanın Birləşmiş Ştatlara tətbiq etdiyi əks-tarifləri “amerikalılar bizə hörmət göstərənə və azad və ədalətli ticarətlə bağlı etibarlı öhdəliklər götürənə qədər” davam etdirəcək.
Lakin o, ABŞ prezidenti Donald Trampla qarşıdurmanın fövqəladə səylər tələb edəcəyi barədə xəbərdarlıq edib: "Biz heç vaxt mümkün hesab etmədiyimiz şeyləri heç vaxt mümkün hesab etmədiyimiz sürətlə etməli olacağıq".
Onun sözlərinə görə, ölkə vətəndaşları bilirlər ki, yeni çağırışlar yeni rəhbərlik tələb edir: "Hökumətim daha güclü iqtisadiyyat qurmaq, etibarlı tərəfdaşlarla yeni ticarət əlaqələri qurmaq və sərhədlərimizi qorumaq planımızı həyata keçirəcək".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp tətbiq etdiyi rüsumların ABŞ-ı yenidən dünyanın ən zəngin ölkəsi edəcəyini bir daha vurğulayıb. O, Florida ştatından dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb və tariflərə görə 2025-ci ildə ölkədə resessiya olacağına dair xəbərdarlıqlarla bağlı suallardan yayınıb.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ